14 yaşlı qızla cinsi əlaqəyə girən azərbaycanlıya- - Prokuror 25 il iş istədi

14-yasli-qizla-cinsi-elaqeye-giren-azerbaycanliya-
Oxunma sayı: 6918


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar istintaqı tamamlayan Respublika Prokuroru iddianamə hazırlayıb. Prokuror  Quliyev haqqında 25 ilə qədər həbs cəzası tələb edib. 

Qeyd edək ki, Naxçıvan şəhərində yaşayan 26 yaşlı mühasib Əhməd Quliyev Adanada yaşayan 14 yaşındakı 8-ci sinif şagirdi ilə 1 il əvvəl internetdə tanış olub. 

Bir müddət sonra Əhməd Adanaya gələrək qızla görüşüb. Əhməd evlənmək istədiyini deyib, ancaq qızının azyaşlı olduğunu deyən ana buna mane olub. Daha sonra münasibətlərini davam etdirən cütlük görüşmək qərarına gəlib və adanalı qız xalasıgilə getmək bəhanəsiylə evdən çıxıb.

İddiaya görə, qız Əhmədə cinsi əlaqəyə girsələr anasının evlənmələri üçün icazə vermək məcburiyyətində qalacağını deyib. Əhməd də bu təklifi qəbul edib. Hadisəni öyrənən ana qızından evə qayıtmasını istəyib və Əhmədi polisə şikayət edib. 

Əhməd izahatında hər şeyi danışıb və qızın ona yaşının 18 dediyini vurğulayıb. 

Könül

“Qafqazinfo”