140 sürətlə sərnişin daşıyan avtobus - Video

140-suretle-sernisin-dasiyan-avtobus
Oxunma sayı: 2413

Bakı-Sumqayıt yolunda sərnişin daşıyan bir mikroavtobusun sürət həddini aşması başqa avtomobilın sürücüsü tərəfindən lentə alınıb. 

“Qafqazinfo” XəzərXəbər-ə istinadən bildirir ki, sürücü, yolda 110 sürət həddi müəyyən edildiyi halda, içi sərnişinlə dolu nəqliyyat vasitəsini saatda 130-140-km sürətlə idarə edir. Aiddiyyatı qurumlar isə həmin sürücünün qanunsuz fəaliyyət göstərdiyini və həmin şəxs barəsində ciddi tədbir görəcəklərini bildirib.

Məlum olub ki, sürət həddini aşan sürücü hər gün qanunsuz olaraq Sumqayıtdan Bakıya sərnişin daşıyır. 50 CH 116 dövlət nömrə nişanlı Ford markalı avtomobilin sürücüsü, Əli Haqverdiyev sürət həddini aşmasının yalan oldugunu deyir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsinin rəisi Əhməd Rüstəmov bildirir ki, bü cür mikroavtobuslara qarşı mütəmadi reydlər təşkil edilir. Onlar şəhərin müxtəlif ərazilərindən sərnişin yığmaqla qanunsuz fəaliyyət göstərirlər.

Xatırladaq ki, ötən ilin mart ayında eyni yolda qanunsuz sərnişin daşıyan mikroavtobusun qəza etməsi səbəbindən 6 nəfər ölmüş, 20 nəfər də yaralanmışdı.