148 dövlət əmlakı satışa çıxarıldı

148-dovlet-emlaki-satisa-cixarildi
Oxunma sayı: 1045

Əmlak Məsələləri Dövlət Komitəsi daha 148 dövlət əmlakını özəlləşdirməyə  çıxarıb.

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, 20 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Salyan Broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Özəlləşdirilməyə çıxarılan müəssisələr sırasında İsmayıllı Təmir Tikinti Sahəsi, Balakəndə olan Əmlak kompleksi kimi iri dövlət əmlakları var. 

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Mingəçevirdə yerləşən Quşçuluq yardımçı təsərrüfatını nümunə kimi göstərmək olar. 

Şəki istirahət zonası investorlar üçün turizm sahəsində yaxşı qazanc deməkdir.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 37-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.