“148 milyon manat verilib” - - Nazir

148-milyon-manat-verilib-
Oxunma sayı: 1539


Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilib.

Ş.Mustafayev bildirib ki, Dövlət Proqramının qəbulundan ötən dövr ərzində "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi"nə dair 33 tədbir keçirilib və 4550 sahibkara layihələrin seçilməsi, biznes planların hazırlanması və digər növ texniki yardım göstərilib.

Nazir qeyd edib ki, istifadəyə verilmiş və illik istehsal gücü 150 min ton olan müasir çörək zavodları Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan əhalini yüksək keyfiyyətli, geniş çeşiddə çörək və çörək məhsulları ilə təmin edır.

Onun sözlərinə görə, illik istehsal gücü 5,3 min ton quş əti və 67 milyon ədəd damazlıq və əmtəəlik yumurta olan quşçuluq təsərrüfatlarının və illik istehsal gücü 1,8 min ton ət kəsimi və 10 min ton ət emalı olan emal fabriklərinin fəaliyyətə başlaması, əhalinin ərzaq təminatının daha yaxşılaşmasına öz töhfəsini verməkdədir.