15 aylıq evlilik bitdi, boşanırlar

15-ayliq-evlilik-bitdi-bosanirlar
Oxunma sayı: 2271

Türkiyəli aktyor-müğənni Özcan Dəniz və 15 ay əvvəl evləndiyi xanımı Feyza Aktan boşanır. “Qafqazinfo” xəbər verir ki, bu barədə “İkinci sayfa” proqramında məlumat verilib. Kuzey adlı oğlanları olan cütlük münasibətlərinə son qoymaq qərarına gəlib. 

Özcan boşanma prosesi ilə bağlı vəkilinə təlimat verib. Onların ayrılıq səbəbi barədə proqramda məlumat verilməyib.