“15 dəqiqə bilmədik hara qaçaq” - Ramin Musayev

“15 dəqiqə bilmədik hara qaçaq”
Oxunma sayı: 2412

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Səbail” - “Universitatya Krayova” matçını izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də olub.

Oyundan sonra “Qafqazinfo”ya açıqlama verən PFL rəhbəri rumınların 3:2 hesabıyla qalib gəldiyi qarşılaşmanı şərh edib:

“Şans sonda bitir. Rəqibdən daha güclü oyun gözləyirdim. Bəlkə mənim fikirlərimlə razı olmaya bilərsiz. Rəqibin tarixi var idi, “Səbail” isə debüt edirdi. Onlar bir futbolçu satdılar. Həmin pul “Səbail”in 5 illik büdcəsi deməkdir. Cavan uşaqlar var idi. Onlar istər-istəməz çəkinirdilər. “Neftçi” ilə ilk dəfə avrokuboklarda “Anderlext” qarşı oynayanda uşaqlar dedi ki, 15 dəqiqə bilmədik hara qaçaq. Rumıniya komandaları həmişə çətin olub. Onlarla matçlarımız dava ilə bitirdi. Bütün komandalara uğurlar arzu edirəm”.

Qurum rəhbəri çempionatın başlaması ilə bağlı suala da cavab verib: “Növbəti mövsüm avqustun 16-da start görürəcək. Əsasnamədə yeniliklər olacaq”.

Elsevər


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi