15 dəqiqəyə 350 min baxış... - Tilkidən yeni hit

15-deqiqeye-350-min-baxis
Oxunma sayı: 739

Türkiyənin gənc ulduzu Aleyna Tilki yeni layihəsini yayımlayıb. “Qafqazinfo” xəbər verir ki, 17 yaşlı müğənni “Sen olsan bari” adlı yeni klip və mahnısını təqdim edib.

Ekran işini 15 dəqiqə ərzində 350 mindən çox insan izləyib və 7 mindən çox şərh yazılıb. 

Sözügedən klipin 21 saniyəlik görüntülərinə isə 1 gün ərzindən yarım milyondan çox insan baxıb. 

Alenya klipi barədə tvitter hesabında paylaşım edib:

“Gənclər, məni sevməyənlər! Yeni mahnımı səhvən, və ya istəmədən də olsa bəyənəcəksiz, üzgünəm. Məncə, indidən tənqidlərdən əl çəkin”

Qeyd edək ki, Tilkinin “Cevapsız Çınlama” adlı klipini 300 milyondan çox insan izləyib.