15 il gözləmədi, özünü asdı

15-il-gozlemedi-ozunu-asdi
Oxunma sayı: 649

Şəkidə məhbus intihar edib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Əkrəm Fətəli oğlu Nəcəfov saxlandığı kamerada özünü asıb.
 
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
 
Ə. Nəcəfov 2015-ci ilin yanvarında xalasını oğlunu qətlə yetirib. O, məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.