15 kənd azad edildi - Ölü sayı 3500-ü ötdü

15-kend-azad-edildi
Oxunma sayı: 1899

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 3525-ə çatıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, gün ərzində 15 kənd terrorçulardan azad edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən 41-i strateji ərazi, 208-i kənd olmaqla ümumilikdə 249 məntəqə terrorçulardan təmizlənib.