15 milyard dollar investisiya qoyulub

15-milyard-dollar-investisiya-qoyulub
Oxunma sayı: 639

İndiyə qədər BP şirkəti və onun tərəfdaşları BP-nin operator olduğu “Şahdəniz 2” layihəsinə 15 milyard dollar investisiya qoyub.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə keçmiş regional prezidenti Qordon Birrell deyib.

O vurğulayıb ki, BP "Şahdəniz 2" layihəsi üzrə yekun xərclərin investisiya qərarında göstəriləndən daha az olacağını gözləyir.

Qeyd edək ki, bundan əvvəl layihənin dəyəri 28 milyard dollar qiymətləndirilmişdi.