“1,5 milyonla kinonu irəli aparmaq mümkün deyil”

15-milyonla-kinonu-ireli-aparmaq-mumkun-deyil
Oxunma sayı: 1231

“Azərbaycan cəmiyyətində asayişi təkcə Daxili İşlər Nazirliyi bərqərar etmir. Əgər biz insanların asudə yaşamasını istəyiriksə, mədəniyyətli olmalıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentdə davam edən büdcə müzakirələrində deyib.

O, qeyd edib ki, mədəniyyətin içi bilik, zəka ilə doludur: “Mədəniyyətə diqqət artmalı və büdcədəki yeri artmalıdır. Ən azı büdcənin 2 faizini təşkil etməlidir. Kinoya vəsait artırılmalıdır. 1,5 milyonla kinonu irəli aparmaq mümkün deyil. Kino yalnız insanlara nəyisə göstərmək deyil. Bizdə dublyaj sənəti var. Dublyaj sənəti dilimizə böyük töhfələr verə bilər”.

Günel Türksoy