15 min dollar üçün 62-ci mərtəbəyə çıxdı - Faciəli şəkildə öldü + Video

15-min-dollar-ucun-62-ci-mertebeye-cixdi
Oxunma sayı: 3630

Məşhur çinli sosial media fenomeni Vu Yonqninq 62-ci mərtəbədən yıxılaraq ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif yüksək binalarda təhlükəli videoları ilə məşhurlaşan Yonqninqin son cəhdi isə ölümünə səbəb olub.

Belə ki, o, 15 min dollar qarşılığında bir binanın 62-ci mərtəbəsinə çıxaraq növbəti dəfə təhlükəli hərəkətlər göstərmək istəyib. Lakin, 26 yaşlı akrobat yıxılaraq faciəli şəkildə can verib.

Hazırda faktla bağlı araşdırma aparılır.