“15 min nəfər stasionar və səyyar formada sosial xidmətlərlə təmin olunur”

“15 min nəfər stasionar və səyyar formada sosial xidmətlərlə təmin olunur”
Oxunma sayı: 695

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya, icra intizamına əməl olunması, sosial obyektlərin tikinti və təmiri sahələrində görülən işlərin müzakirəsinə və bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən edilməsinə həsr olunmuş iclası keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, iclasda Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev prezidenti İlham Əliyevin sosial sahənin inkişafı və bu sahədə əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı islahatlar proqramına uyğun olaraq nazirlikdə islahatların aparıldığını vurğulayıb. O bildirib ki, görülən işlər, eyni zamanda, sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin müasir dünya təcrübəsindəki səmərəli iş metodlarının, fərdi reabilitasiya proqramlarının tətbiqi ilə yenidən qurulmasına, bu sahələrdə sosial reabilitasiya istiqamətinin gücləndirilməsinə xidmət edir. Bu sahədə xidmətlər elə qurulmalıdır ki, xidmət göstərilən kateqoriyaların sosial statusunun daha effektiv yollarla bərpa olunması və cəmiyyətin fəal hissəsinə çevrilməsi ilə nəticələnsin.

S.Babayev qeyd edib ki, ölkədə 15 min insan stasionar və səyyar formada sosial xidmətlərlə təmin olunur. Hazırda sosial xidmət sisteminin sosial işçi modelinin tətbiqi əsasında təkmilləşdirilməsi üçün müvafiq işlər aparılır. Həmçinin nazirliyin 14 bərpa mərkəzi vardır və onlarda fiziki məhdudiyyətli insanlara əsasən tibbi reabilitasiya xidmətləri göstərildiyindən, həmin müəssisələrin fəaliyyətində sosial reabilitasiya tədbirləri genişləndiriləcək. Mərkəzlərdə bir sıra neqativ hallar, qəbul zamanı süründürməçilik, ayrı-seçkilik və s. kimi halların aradan qaldırılması işləri aparılımaqla, əməkdaşların əmək funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

İclasda gündəlikdə duran məsələlər müzakirə olunub, qarşıda duran vəzifələrin icrası ilə əlaqədar tapşırıqlar verilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi