15 min Qətər dəvəsi deportasiya edildi

15-min-qeter-devesi-deportasiya-edildi
Oxunma sayı: 658

Səudiyyə Ərəbistanı iyunun 5-də bütün diplomatik və iqtisadi əlaqələri kəsdiyi Qətərə aid 15 min dəvəni deportasiya edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla da, on minlərlə dəvə sürülərini Səudiyyə torpaqlarında otladan qətərlilər çətin durumda qalıblar. 

Az miqdarda su ehtiyatı və qida ilə sərhəddə gözləyən 15 min dəvə Qətərdən yollanan karvanların yardımı ilə ölkədən çıxarılıb.