15 nəfər 5 əsgəri ölümcül döydü - Türkiyədə + Video

15-nefer-5-esgeri-olumcul-doydu
Oxunma sayı: 724

Türkiyənin İzmit şəhərində həftə sonu icazəsiylə gəzintiyə çıxan 5 əsgər döyülüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir gəncin avtobusda əsgərlərlə mübahisəsi düşüb və o, dostlarına zəng edərək köməyə çağırıb.

15-ə yaxın şəxs avtobusun qarşısını kəsərək saxlayıblar və içəri girərək əsgərlərə hücum ediblər. Avtobusdakılar onları ayırmaq istəsələrə də buna nail ola bilməyiblər. Ardıcıl zərbələrə məruz qalan əsgərlərin üz-gözü qan içində qalıb. Ağır xəsarət alan 5 əsgər xəstəxanaya yerləşdirilib.

Avtobusun təhlükəsizlik kamerasını izləyən polislər hücum edənlərin şəxsiyyətini müəyyənləşdirib və onlardan 10 nəfəri tutub. Saxlanılan şəxslər ilkin ifadələrində döydükləri şəxslərin əsgər olduqlarını bilmədiklərini söyləyiblər.

Hazırda faktla bağlı araşdırma aparılır.