15 yaşlı oğlan xilas edildi

15-yasli-oglan-xilas-edildi
Oxunma sayı: 646

Sabirabadda suda boğulma hadisəsi baş verib.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Suqovuşan ərazisində qeydə alınıb. Belə ki, Sabirabada qonaq gələn Bakı şəhər sakini, 15 yaşlı İbrahim Azər oğlu Cəfərov yaxınlıqdakı su kanalında çimərkən boğulmaq təhlükəsi ilə üzləşib. Yaxınlıqdakı adamların köməyi ilə sudan çıxarılan İbrahim Cəfərov Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlk tibbi yardım aldıqdan sonra o, Bakıya göndərilib.