15 yaşlı qız dərmandan zəhərlənib

15-yasli-qiz-dermandan-zeherlenib
Oxunma sayı: 646

Şəmkirdə 15 yaşlı qız dərmandan zəhərlənib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Keçili kənd sakini, 2002-ci il təvəllüdlü Mehriban Atakişiyeva zəhərlənmə əlaməti ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

M. Atakişiyevanın səhvən başqa dərman qəbul etdiyi üçün zəhərləndiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.