15 yaşlı qız Nobelə namizəd oldu

15-yasli-qiz-nobele-namized-oldu
Oxunma sayı: 725

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Oslo Sülh Araşdırmaları İnstitutunun direktoru Kristian Berq Harpviken bildirib.

Onun sözlərinə görə, Malala yalnız demokratiya və insan haqqları uğrunda apardığı mübarizəyə görə deyil, həm də uşaq və təhsil mövzusunu gündəmə gətirdiyi üçün bu mükafata namizəd göstərilib.

Qeyd edək ki, 15 yaşlı qız fransız, kanadalı və norveçli millət vəkilləri tərəfindən Nobel Sülh mükafatına namizəd göstərilib.

Malala ilə yanaşı həbsxanada olan belaruslu aktivist Ales Beljaski və rus aktivist Lyudmila Alekseyeva da Nobelə namizəd göstərilib.