150 minlik dələduzluq edən bank işçisinə hökm oxundu

150-minlik-deleduzluq-eden-bank-iscisine-hokm-oxundu
Oxunma sayı: 1839

Bakı Ağır Cinayətlər Məhkəməsində 150 min manatdan çox pulu  dələduzluq etməklə ələ keçirməkdə  təqsirləndirilən Vəfa Qurbanovaya hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə V.Qurbanova 7 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun himayəsində azyaşlı uşağı olduğu üçün hökmün icrası təxirə salınıb.

Sabiq bank əməkdaşı olan V. Qurbanova zərərçəkən Altay Sarıbalayevdən 156 min 200 manat alaraq ona aşağı kursla dollar verəcəyini vəd edib. Sonra isə pulu mənimsəyib. 

Murad Əhməd