“1,50 sm boyu var, Azərbaycan gözəli seçilir”

150-sm-boyu-var-azerbaycan-gozeli-secilir
Oxunma sayı: 3698

Türkiyədə yaşayan tanınmış model Günay Musayeva bu gün “Hər şey daxil” proqramının qonağı olub.  “Qafqazinfo” xəbər verir ki, o, canlı efirdə Azərbaycanda modellik sahəsinin gözdən düşdüyünü bildirib.  Günay qeyd edib ki, buna səbəb pulla keçirilən müsabiqələrdir:

“Bizdə modellik sahəsində inkişaf yoxdur. Çünki tekstil sahəsi zəifdir. Bundan əlavə,  model yarışmalarında pul söhbətləri var. Belə müsabiqələrə görə modellər gözdən düşdü. Mən “Best model of Azerbaijan”ı keçirməkdən imtina etdim, çünki maraq yoxdur. Çünki pul söhbətləri ortada fırlanır. 1, 50 sm boyu var, Azərbaycan gözəli seçilir. Azərbaycan xanımları çox gözəldir. Amma təəssüflər olsun ki, bu sahəni gözdən salırlar”.