155 ölkə ilə al-ver etmişik

155-olke-ile-al-ver-etmisik
Oxunma sayı: 685

“Qafqazinfo” Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 43813,2 milyon ABŞ dolları təşkil edib, onun 9652,9 milyon dolları idxalın, 34160,3 milyon dolları ixracın payına düşüb, 24507,4 milyon dollarlıq müsbət saldo yaranıb.

Qeyri-neft məhsullarının ixracı 1673,6 milyon dollar dəyərində olub və 2011-ci ilin səviyyəsini 8,4 faiz üstələyib.

Xarici ticarət əməliyyatlarının çox hissəsi (64,7 faizi) İtaliya, Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Fransa, Hindistan, İndoneziya, Almaniya və İsrail dövlətləri ilə aparılıb.

Günel