16 dini icmaya maliyyə yardımı ayırıldı

16-dini-icmaya-maliyye-yardimi-ayirildi
Oxunma sayı: 644

Mayın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 16 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Layihələri maliyyələşdirilən İmişli rayonu Xoşçobanlı kənd məscidi dini icması “İslam həmrəylik, bərabərlik dinidir”, Salyan rayonu Çuxanlı kəndi “Hacı Cəbrayıl” məscidi dini icması “İslam dini həmrəy və tolerant dindir”, Sabirabad rayonu  Bulduq kənd məscidi dini icması “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti”, Masallı rayonu Ərkivan qəsəbəsi “Həzrət Əli” məscidi dini icması “Radikalizm və ekstremizmə qarşı mübarizədə islam həmrəyliyinin rolu”,  Ağdaş şəhəri “Hacı İsmayıl” məscidi dini icması “İslam həmrəyliyinin və İslami dəyərlərin təbliği”, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbə məscidi dini icması  “İslam barışıq və həmrəylik dinidir”, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbə məscidi dini icması” “İslam həmrəyliyi: dünyanı sülhə aparan yol”, Neftçala rayonu Aşağı Qaramanlı kəndi “Abbas” məscidi dini icması “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti”, Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icması  “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” , Ucar şəhər “Cami” məscidi dini icması “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik”, Şamaxı rayonu Adnalı kənd məscidi dini icması “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində”, Qobustan rayonu Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi dini icması “İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı”, İmişli rayonu Cəfərli kəndi “İmam Hüseyn” məscidi dini icması “İslamda həmrəylik və sülh çağırışları”, Zərdab şəhər “Cümə” məscidi dini icması “İslam Həmrəyliyi sülhə çağırışdır”, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz”, Goranboy rayon Safıkürd və Tatarlı kənd məscidi dini icması “Dini ekstremizmin qarşısının alınmasında islam həmrəyliyinin rolu” adlı maarifləndirmə tədbirləri həyata keçirəcək.