16 kilodan çox marixuana dövriyyədən çıxarıldı

16-kilodan-cox-marixuana-dovriyyeden-cixarildi
Oxunma sayı: 649

Martın 6-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 16,2 kiloqramdan artıq marixuana, həmçinin 27 ədəd çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.