16 min suriyalı Türkiyəyə sığındı

16-min-suriyali-turkiyeye-sigindi
Oxunma sayı: 635

Türkiyənin Baş Nazir müavini Bəşir Atalay qaçanların sayı barədə rəsmi açıqlama verib. Rəsmi nümayəndənin sözlərinə görə, hazırda 16 min suriyalı sığınacaq tapmaq məqsədiylə ölkə ərazisinə keçib. Onlar arasında yeddi Suriya ordusu generalı da var. Bəşir Atalay gələnlərin çoxunun İdlib adlı ərazidən Türkiyəyə keçdiyini qeyd edib. O, ölkəsinin suriyalılar üçün bütün yardım və xidmətlərə hazır olduğunu, artıq qaçqın düşərgələrinin fəaliyyət göstərdiyini bildirib.

Raminə