16 qumbara və külli miqdarda silah-sursat tapıldı - Fotolar

16-qumbara-ve-kulli-miqdarda-silah-sursat-tapildi
Oxunma sayı: 1044

2019-cu il 10 İyul tarixində saat 20:48-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) "Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

"Qafqazinfo" xəbər verir ki, Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 16 ədəd əl qumbarası (8 ədəd RQD-5, 5 ədəd RQ-42, 2 ədəd F-1 və 1 ədəd M-75), 16 ədəd əl qumbarasının partladıcısı (15 ədəd UZRQM və 1 ədəd VBR M-75), 1 ədəd tank əleyhinə RKQ-3M əl qumbarası və 2 160 ədəd 5.45 mm-lik patron aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar qumbaraların və patronların ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.