16 yaşlı qızı avtobus vurub - Abşeronda

16 yaşlı qızı avtobus vurub
Oxunma sayı: 932

Axşam saatlarında Abşeron rayonunda sərnişin avtobusu yeniyetmə qızı vurub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir kin, hadisə Masazır dairəsi yaxınlığında baş verib.

Məlumata görə, 2001-ci il təvəllüdlü Abdullazadə Aytən Seyfəddin qızı yolu keçmək istəyən zaman 303 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı avtobus onun ayağının üstündən keçib. Nəticədə sol ayağından xəsarət alan yeniyetmə qız 1 saylı Xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib.

 Avtobusun sürücüsünün sözlərinə görə, 16 yaşlı Aytən qəfildən avtomobil yoluna daxil olduğu üçün nəqliyyat vasitəsini vaxtında saxlamaq mümkün olmayıb.

Hadisənin təfərrüatlarını Abşeron polisi araşdırır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi