16 yaşlı qızı ilan sancdı

16 yaşlı qızı ilan sancdı
Oxunma sayı: 893

Tovuz sakinini ilan sancıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Əlibəyli kənd sakini, 2001-cı il təvəllüdlü Tağıyeva Gülnarə Rövşən qızı həyətdə gəzərkən ilan onun sol ayağının dördüncü barmağından sancıb.
 
16 yaşlı qız dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Qeyd edək ki, bu, gün ərzində Tovuzda ikinci ilansancma hadisəsidir. Günorta saatlarında rayonun Ağdam kəndində ilan 7 yaşlı qızı sancıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi