16 yaşlı qızı qaçırdılar

16 yaşlı qızı qaçırdılar
Oxunma sayı: 1146

Bərdə rayonunda məktəbli qız evlənmək məqsədilə qaçırılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Lənbəran kəndində baş verib. Kənd sakini 1995-ci il təvəllüdlü Əzizov Nəcməddin Cəmaləddin oğlu həmkəndlisi 2002-ci il təvəllüdlü H.M-ni qaçırıb. H.M. ailə qurmaq məqsədi ilə N.Əzizova qoşulub qaçsa da, ailə bu izdivaca narazıdır.

Lənbəran kənd icra nümayəndəsi Qaraş Hacıyev deyib ki,  cütlüyün axtarışı davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi