160 nəfərin ölümündən sonra hökumət istefaya getdi

160-neferin-olumunden-sonra-hokumet-istefaya-getdi
Oxunma sayı: 1009

Mali hökuməti bir ay öncə 160 nəfərin ölməsi ilə nəticələnən icmalararası toqquşmadan sonra istefaya gedib.

“Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, ölkənin baş naziri Sumeyl Bubey Maiq başda olmaqla hökumət bu gün istefaya gedib. 

Prezident İbrahim Bubakar Keyt baş nazirlə kabinet üzvlərinin istefasını qəbul edib.