1,7 milyardlıq cinayətlə bağlı qərar verildi

17-milyardliq-cinayetle-bagli-qerar-verildi
Oxunma sayı: 1714

Bakı Apellyasiya Məhkəməsində cinayət yolu ilə əldə etdikləri 1,7 milyard manatı leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Vüqar Osmanov barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə qərar verilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rizvan Səfərovun icraatında olan prosesdə hökm dəyişdirilmədən saxlanılıb.

İttihama görə, M.Əliyevlə V.Osmanov Bakıda pul köçürmələri ilə məşğul olaraq cinayət yolu ilə əldə olunmuş 1 milyard 700 milyon manat məbləğində pulu saxta müqavilələr əsasında fəaliyyətdə olan xarici şirkətlərin hesabına köçürüblər. Onların Bakıda yerləşən "AG Bank"da xidməti otaqları da olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əliyev 10 il, V.Osmanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd