17 nəfərin qatilinə ölüm hökmü tələb edildi

17 nəfərin qatilinə ölüm hökmü tələb edildi
Oxunma sayı: 739

Prokuror ABŞ-ın Florida ştatında məktəblərdən birində 17 nəfəri qətlə yetirmiş yeniyetməyə ölüm hökmünün çıxarılmasını tələb edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iş üzrə növbəti məhkəmə iclası martın 14-də keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, hadisə fevralın 17-də Parklend şəhərində baş verib. İnsidentdən sonra məktəbin sabiq şagirdi 1999-cu il təvəllüdlü Nikolas Kruz 17 nəfəri qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Ülviyyə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi