17 yaşlı favoritlər - Dünya çempionatında

17-yasli-favoritler-dunya-cempionatinda
Oxunma sayı: 630

“Qafqazinfo” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni mundialın qalibi olmağa əsas namizədlərin adlarını açıqlayıb.

Tatyana Haenni funksioner çempionluğa 3 iddiaçı gördüyünü bildirib: “Dünya çempionatının favoritləri Almaniya, Fransa və Yaponiya yığmalarıdır. Onlardan hansını isə fərqləndirə bilmərəm”. Daha sonra isə rəhbər Azərbaycan yığması ilə bağlı fikirlərini ifadə edib:
“Azərbaycan yığmasına gəlincə isə yeni, gözəl komandanız var. Lakin yığmanız yeni yarandığından hər hansı nəticə haqda danışmaq hələ tezdir”.