17 yaşlı gənc Ankaranı qana boyadı - 8 yaralı

17-yasli-genc-ankarani-qana-boyadi
Oxunma sayı: 4986

Ankarada 17 yaşlı C.B. zərgərlik dükanlarına və valyutadəyişmə məntəqələrinə pnevmatik tüfəngdən atəş açıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, silahlı hücum nəticəsində biri azyaşlı olmaqla 8 nəfər yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirilir. İnsanların çoxluq təşkil etdiyi məkanlara atəş açan C.B. hadisə yerindən qaçıb.

Onun bu cinayəti hansı səbəbdən törətməsi məlum deyil. C.B.-nin narkotik aludəçisi olduğu deyilir.