17 yaşlı həmyaşıdını öldürən oğlan saxlanıldı

17-yasli-hemyasidini-olduren-oglan-saxlanildi
Oxunma sayı: 1520

Gəncədə 17 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, şəhər sakini, 2001-ci il təvəllüdlü Bağırov Elnur Həsən oğlunu onun həmyaşıdı, 2001-ci il təvəllüdlü Tağıyev Tural İsmayıl oğlu qətlə yetirib.
 
Cinayəti törədən şəxs saxlanılıb.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.