17 yaşlı kamikadze məsciddə özünü partladıb, 30 nəfər ölüb

17-yasli-kamikadze-mescidde-ozunu-partladib-30-nefer-olub
Oxunma sayı: 1161

Nigeriyanın Mubi şəhərində məsciddə partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 30 nəfər ölüb. 

Yerli polisin sözlərinə görə, 17 yaşlarında oğlan üzərində partlayıcı ilə məscidə daxil olub. O, duadan sonra partlayıcı qurğunu işə salıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər, lakin onların sayı açıqlanmır. 

Hələ ki, partlayışı heç bir qruplaşma öz üzərində götürməyib.