17 yaşlı oğlanı “tok” vurdu

17-yasli-oglani-tok-vurdu
Oxunma sayı: 1958

Ağdaşda 17 yaşlı yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, Ağdaş rayon Hüşün kənd sakini 2001-ci il təvəllüdlü Məmmədov İspəndiyar Vüqar oğlu avqustun 19-da saat 21:00 radələrində kəndin ərazisindən keçən 10 kilovatlıq elektrik cərəyanı xəttinin qırılıb sallanmış naqilinə toxunarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.