18 milyon insan ən sürətlə yayılan xəstəlikdən əziyyət çəkir

18-milyon-insan-en-suretle-yayilan-xestelikden-eziyyet-cekir
Oxunma sayı: 1413

4 fevral Dünya Xərçənglə mübarizə günüdür.

“Qafqazinfo” xəbər verir ki, statistikaya əsasən, dünyada 18 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. 9,6 milyona yaxın insan isə dünyasını dəyişib. Ölənlərdən 5 milyon nəfərdə erkən müayinə ilə xəstəliyi ilkin stadiyada aşkarlamaq mümkün olardı. Xərçəngin əksər növləri ilkin mərhələdə aşkarlanarsa, müalicəsi mümkündür. Bu zaman pasiyentin yaşamaq şansı 93% olur. Əks halda, bu göstərici 15%-i keçmir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 17,5 min nəfər xərçəng xəstəsidir. 

Xərçəngdən şübhələnmək üçün əlamətlər: 

Bədəndə xırda düyünlərin yaranması

Davamlı öskürək 

Bağırsaqların fəaliyyətində dəyişiklik

Gözlənilməz qanaxma

Sürətlə arıqlama

Xroniki yorğunluq

İzahedilməz ağrılar 

Bədəndə yeni xalların artması 

Sidik ifrazı zamanı problem

Sinədə qeyri-adi dəyişikliklər 

İştahın itməsi

Sağalmayan yara

Xroniki mədə qıcqırması və həzmdə narahatlıq

Gecələr tərləmə 

Xərçəng riskini azaltmaq üçün zərərli vərdişləri tərgitmək, ümumi tibbi avadanlıqlardan istifadə etməmək, müntəzəm olaraq həkim müayinəsindən keçmək, sağlam pəhriz saxlamaq və aktiv həyat tərzi keçirmək lazımdır.