18 yaş kiçik sevgilisi Pamelaya xəyanət edib - Foto

18-yas-kicik-sevgilisi-pamelaya-xeyanet-edib
Oxunma sayı: 2765

51 yaşlı “Playboy” ulduzu Pamela Anderson 33 yaşlı sevgilisi Adil Ramidən ayrılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Pamelanın 2 illik münasibətinə son qoymasının səbəbi Adilin eyni anda başqa qadınla ona xəyanət etməsidir. Sevgilisini “canavar” adlandıran model sosial şəbəkədə birgə fotolarını paylaşaraq yazıb:

“Həyatımın son iki ili yalanmış. Böyük bir eşqə inanmışdım. Aldadıldım. İki qadının ağlını və qəlbini eyni anda idarə etmək necə mümkün ola bilər ki? O bir canavardır. Necə oldu ki, hamıya kömək etdiyim halda, özümə yardımçı ola biləcək qədər ağıllı olmadım?”.