18 yaşına qədər gənclərə alkoqollu energetik içkilər satılmayacaq

18-yasina-qeder-genclere-alkoqollu-energetik-ickiler-satilmayacaq
Oxunma sayı: 1038

18 yaşına qədər olan gənclərə alkoqollu energetik içkilərin satışına yol verilməyəcək. “Gənclər siyasəti haqqında” qanuna dəyişikliyi nəzərdə layihənin ikinci oxunuşu zamanı adıçəkilən qanunvericilik aktına ciddi dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, birinci oxunuş zamanı qanunun 5.7.1 maddəsində 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədi ilə bir neçə məhdudlaşdırıcı hallar nəzərdə tutulmuşdu. Belə ki, 18 yaşına qədər olan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışına icazə verilmirdi. İkinci oxunuş zamanı isə deputatların təklifi nəzərə alınaraq, bu sıraya alkoqollu energetik içkilərin satışı da əlavə edilib. Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev də çıxışında bildirib ki, energetik içkilər məsələsi cəmiyyətdə ciddi müzakirə olunub: “Bu məsələ hamını narahat edir. Ona görə də biz alkoqollu energetik içkilər məsələsini bütövlükdə bu layihəyə əlavə etdik”.

Günel Türksoy