18 yaşlı gənc yoxa çıxıb

18 yaşlı gənc yoxa çıxıb
Oxunma sayı: 2729

Qaradağ rayonu Qobustan qəsəbəsi sakini Novruzov Samir Kamil oğlu 6 gündür yoxa çıxıb. 

Bu barədə “Qafqazinfo”ya S. Novruzovun anası Reyhan Novruzova məlumat verib. O qeyd edib ki, aprelin 11-i səhər saat 10-un yarısında oğlu evdən çıxıb: “Həmin gün ərzində oğlumun telefonuna zəng çatsa da, sonradan telefonu söndürülüb. Restoranda ofisiant işləyirdi, amma işdən çıxmışdı. 

O, 2000- c il təvəllüdlüdür. Dünən Qobustan qəsəbəsi 11-ci polis bölməsinə ərizə ilə müraciət etmişik. Hələ ki xəbər yoxdur. Onun yolunu gözləyirik. Atası da xəstədir. “Tez-tez Samir hardadır” soruşur və halı pisləşir”. 

Qeyd edək ki, S. Novruzovu görənlərdən 0503885586 nömrəsinə zəng etmələri xahiş olunur. 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi