18 yaşlı qız “Qara dənizin mirvarisi” seçildi - Fotolar

18-yasli-qiz-qara-denizin-mirvarisi-secildi
Oxunma sayı: 2918

Rusiyanın Sevastopol şəhərində 236-cı “Qara dənizin mirvarisi” beynəlxalq gözəllik müsabiqəsi keçirilib. “Qafqazinfo” "Sputnik"ə istinadən xəbər verir ki, birincilik uğrunda müxtəlif gözəllik müsabiqələrinin 15 qalibi mübarizə aparıb.

“Qara dənizin mirvarisi-2019”un qalibi 18 yaşlı Kseniya Sobol (Rusiya, Krasnodar) olub. O, Kuban Dövlət Universitetinin Əczaçılıq ixtisası üzrə təhsil alır. Bu, onun ilk təcrübəsi deyil. K. Sobol müntəzəm olaraq dəb nümayişlərində iştirak edir.

Müsabiqənin birinci vitse-misi nominasiyasına Mira Droqul (Ukrayna, Nikolayev), ikinci vitse-misi nominayasına Anna Senkovets (Rusiya, Sevastopol), üçüncü vitse-misi nominasiyasına isə Mariya Kudryatseva (Rusiya, Kirov) layiq görülüb.