19-25 yaşlı jurnalistlər qrupu Mətbuat Şurasında

19-25-yasli-jurnalistler-qrupu-metbuat-surasinda-
Oxunma sayı: 640

Şuradan “Qafqazinfo”ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib. O, Şuranın ölkədə idman jurnalistikasının inkişafına, həmçinin bu mövzuda yazan jurnalistlərinin əməyinin stimullaşdırılmasına yönələn tədbirlərindən söhbət açıb.

Son illər ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini diqqətə çatdıran Amaşov mövcud sahəni işıqlandıran medianın sürətli inkişafın şərtlərinə adekvat fəaliyyət göstərməsinin zəruriliyinə toxunub.
Görüşdə bildirilib ki, sentyabrın 21-dən 24-dək Bakıda AİPS-in İcraiyyə Komitəsinin iclası keçirilib. Bununla əlaqədar AİPS prezidenti Canni Merlo başda olmaqla, təşkilatın rəhbərliyi və eləcə də qitələr üzrə müvafiq qurumlarının təmsilçiləri ölkəmizə gəliblər. Xarici jurnalistlər, həmçinin Bakıda 17 yaşlı qızlar arasında keçirilən futbol üzrə dünya çempionatını izləyəcək, çempionat zamanı təmsil etdikləri media qurumları üçün reportajlar hazırlayacaqlar.

Qeyd edək ki, AİPS Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyi ilə Bakıda gənc idman jurnalistləri üçün tədris proqramı da həyata keçirir.