19 yaşı var, amma sərvət qazanır - Fotolar

19-yasi-var-amma-servet-qazanir
Oxunma sayı: 3826

Türkiyənin 19 yaşlı ulduzu Aleyna Tilki aldığı villa ilə gündəmə gəlib.  “Qafqazinfo” xəbər verir ki, gənc müğənni anası Havva Özel və bacısı Ayça ilə birgə yaşamaq üçün sahib olduğu evə 3 milyon TL ödəniş edib. 

Maraqlısı odur ki, o, daşınmaz əmlakı anasının adına sənədləşdirib.  Aleyna açıqlamasında maliyyə məsələləri ilə H. Özelin məşğul olduğunu qeyd edib: “Qazancımı anam izləyir. Hesabıma xərcləyəcəyim pulu köçürür. Bacımın isə xərclik pulunu mən müəyyənləşdirirəm”. 

Bundan əlavə, qısa müddətdə populyarlaşan ifaçının bir konsert üçün 70 min TL qonorar tələb etdiyi də ortaya çıxıb. 

Həmçinin Aleyna bir neçə həftə bundan əvvəl dondurma firması ilə müqavilə imzalayaraq 2 milyon TL pul alıb.  Pop ifaçısı bundan əvvəl isə 1, 5 milyon qarşılığında məşhur cins markasının siması olub.