19 yaşında dənizdə batdı...

19-yasinda-denizde-batdi
Oxunma sayı: 1660

İyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.