19 yaşlı Cəlilabad sakini yoxa çıxıb

19-yasli-celilabad-sakini-yoxa-cixib
Oxunma sayı: 1389

19 yaşlı Cəliləbad rayon sakini Valeh Nəzərli 10 gündən çoxdur ki, itkin düşüb. Bu barədə “Qafqazinfo”ya məlumatı qardaşı Taleh Nəzərli verib.

O bildirib ki, V. Nəzərli noyabrın 10-da axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb:

“İstədiyi qız var idi, ailəmizin razılığı olmayıb. Təxmin edirik ki, bu səbəblə evdən gedib. Onunla birlikdə qaçdıqlarına inanmırıq. 12 gündür, qardaşımdan xəbər yoxdu. Ailəsi olaraq çox narahatıq.  

Evdən çıxan zaman əynində cins şalvar və kurtka olub. Polisə müraciət etmişik, araşdırma aparılır”.

Günel Hacı