19 yaşlı narkoman xəstəxanada öldü

19-yasli-narkoman-xestexanada-oldu
Oxunma sayı: 1747

Bakıda narkotik aludəçisi olan gənc qəfildən ölüb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, 2000-ci il təvəllüdlü Əkbər Əkbərov fevralın 20-də saat 23 radələrində 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində vəfat edib.

Məhkəmə tibbi ekspertizası təyin olunub. İlkin araşdırma zamanı məlum olub ki, Ə. Əkbərov narkotik maddə istifadəçisidir və bununla bağlı 2019-cu ilin yanvar ayında Respublika Narkoloji Mərkəzində müalicə olunub.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd