2-ci sinif şagirdi əməliyyatda öldü

2-ci-sinif-sagirdi-emeliyyatda-oldu
Oxunma sayı: 3830

Bakıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib. 

Yaxınları iddia edir ki, narkoz çox verildiyi üçün uşaq ölüb.

Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş. 

Faktla bağlı araşdırmalara başlanılıb.