2 ədəd tank əleyhinə mina aşkarlanıb

2 ədəd tank əleyhinə mina aşkarlanıb
Oxunma sayı: 255

Lənkəran şəhərində dəniz sahilində 2 ədəd mina aşkarlanlb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumatlar daxil olub.

Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Lənkəran şəhərində 10 saylı yanalma məntəqəsində dəniz sahilinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 2 ədəd tank əleyhinə (TM-62M) götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, nəticə etibarilə 2 000 kv.m ərazi yerüstü yoxlanılıb.

Aşkar olunmuş minaların ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi