2 gündə 7 milyard ziyana getdi

2-gunde-7-milyard-ziyana-getdi
Oxunma sayı: 644

Dünyanın ən böyük pərakəndə satış kompaniyalarından biri olan ABŞ-ın “Kroger” şirkəti çətin günlər yaşayır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Amazon”un supermarketlər şəbəkəsi “Whole Foods”u satın almasından sonra şirkətlərin hissə dəyərinə ciddi təsir edib.

Belə ki, “Amazon” və “Wal-Mart”la ciddi rəqabətdə olan “Kroger” son iki gündə 7 milyard dollar dəyər itirib.

Məlumata görə, şirkət çıxış yolunu başqa bir şirkətlə birləşməkdə görür. “Kroger”in Mərkəzi Hollandiyada yerləşən “Royal Ahold Delhaize NV” şirkəti ilə birləşmək istədiyi bildirilir.

Qeyd edək ki, bu şirkət də ötən il “Ahold” və “Delhaize” şirkətlərinin birləşməsi nəticəsində yaranıb.