2 istefadan sonra Riqaya müvəqqəti mer seçildi

2-istefadan-sonra-riqaya-muveqqeti-mer-secildi
Oxunma sayı: 771

Riqa şəhərinin yeni meri seçilib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, şəhər rəhbəri vəzifəsini müvəqqəti olaraq Oleq Burov icra edəcək. O, “Riqaya xidmət etmək şərəfi” partiyasının üzvüdür. Parlamentin növbədənkənar iclasında 60 deputatdan 35 Burovun lehinə səs verib.

Qeyd edək ki, Riqa meri Daynis Turlays istefa verib. Turlaysdan əvvəlki mer Nil Uşakov da istefa vermişdi.